İş adamının 9 milyonu oğurlandı
2023-11-10 14:45:37

Sankt-Peterburqda iş adamının mənzilindən 9 milyon rubla (təxminən 164 min 700 manat) yaxın pul oğurlanıb.
Hurriyyet.az bildirir ki, “Nevastroy” tikinti şirkətinin 60 yaşlı baş direktoru noyabrın 9-da polisə şikayət edib. İş adamı metal seyfdə saxladığı əmanətlərini itirdiyini deyib.
Zərərçəkənin sözlərinə görə, oğru iyulun 11-dən oktyabrın 26-dək Vasileostrovski rayonundakı üç otaqlı mənzilinə daxil olub. İş adamının əmlakı təhlükəsizlik siqnalı ilə təchiz olunmayıb.
lent.az
