Saat:04:09
Haqqımızda

İş adamı Rusiyada tutuldu

2025-11-01 20:30:36

 İş adamı  Rusiyada tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində  İnterpolun Milli Bürosunun əməkdaşları 66 yaşlı xarici iş adamını saxlayıblar.

Hurriyyet.Az xəbər  verir   ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi  məlumat yayıb.

İstintaqa görə, iş adamı 2014-cü ildən 2019-cu ilə qədər böyük bir xarici şirkət olan Overseas Baltic-in rəhbəri və səhmdarı olub. Şirkət müflisləşmə üçün müraciət edərkən, iş adamı  şirkətin hesablarından qanunsuz olaraq vəsait çıxarmağa başlayıb. Nəticədə o, 1.056.175 avro oğurlayıb.

2025-ci ilin aprel ayında 73 yaşlı Kanada vətəndaşı Rimski-Korsakov prospekti, 9 ünvanının yaxınlığında saxlanılıb.