Saat:14:34
Haqqımızda

İri məmurlar həbs olunandan sonra “Allah yoluna” gəlir - səbəb...

2022-01-19 10:27:00

İri məmurlar həbs olunandan sonra “Allah yoluna” gəlir - səbəb...

Hazırda həbsdə olan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun keçən ilin sentyabrından namaza başlaması, onun şeir yazması, idmanla məşğul olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Mediada yayılan xəbərlərə görə, sabiq başçı hətta iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir. Sabiq icra başçısının bu addımı ictimaiyyət arasında birmənalı qarşılanmayıb. İnsanlar “Niyə həbs olunmadan öncə ibadətlə məşğul olmurdu”, kimi fikirlər bildirirlər.

Yeri gəlmişkən, sabiqlər arasında namaza başlayan, şeir yazan yalnız A.Məmmədov deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədov da nazir vəzifəsindən azad ediləndən sonra namaz qıldığını, ibadətlə məşğul olduğunu, şeirlər yazdığını deyib.

Korrupsioner və oliqarx məmurlar kimi tarixə düşən sabiqlərin çoxunun namaz qılması, şeir yazması cəmiyyətdə də qəribə qarşılanır. Ekspertlər deyir ki, sabiqlərin demək olar ki, hamısının imici zədəlidir, özlərini yeni obrazda təqdim etsələr də, xalq onları bağışlamır və səmimiyyətlərinə inanmır.

“Bunlar həbsxanada namaz qılıb, şeir yazırlar ki, insanların bunlara yazığı gəlsin. Yəni səmimiyyətlərinə inanmıram”. Bunu mediaya açıqlamasında nasir Xeyrəddin Qoca deyib. X. Qoca məmurların atdıqları müsbət addımların səmimiyyətinə inanmadığını bildirib: “Savadsızlıq, cahillik baş alıb gedir. Bununla xalqı hara aparırlar?! Puldan ötrü hər yola əl atırlar. Bunlar dünyanın fani olduğunu heç də həbsxanada dərk filan etmirlər. Mənim kiməsə qarğış etmək, nə isə haqqında pis fikir söyləmək niyyətim yoxdur. Ancaq onu bilirəm ki, bunlar elə həbsxanada da öləcəklər. Bunların əksəriyyəti şəxsiyyətini itirmiş, xalqın başına oyun açmış adamlardır. Bu qədər eyiblərinin hansı düzəlib ki?” Bəs görəsən, niyə həbsə düşəndən sonra dinə gəlirlər?

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı: “Milyonluq obyektləri özəlləşdirmək yolunu düşünməkdənsə, axirəti fikirləşsinlər”

Ağ Partiyanın sədri Tural Abbaslı mövzunu “Yeni Müsavat” a belə şərh edib: “İslam dinində bir deyim var: ”Siz daxili bilməzsiniz. Daxili Allah bilər". Kimsə deyirsə ki, namaza başlayıram, oruc tuturam, “Tülkü həccə gedir” demək də etik olaraq düzgün deyil. Amma bir məsələ var, insanlar niyə belə məmurlara lağ edir? Çünki bu insanların keçmişini, onun məmur kimi çalışdığı dövrü bilir. Bu adamın 60 yaşı var, 40 ildir vəzifədədir. Baxırlar ki, nə Allah, nə din, nə də yetim haqqı bilib. Birdən-birə Allah yoluna gəlir, dini tanıyır. Ona görə də bu insanların səmimiyyətinə inanmırlar. Bu o vaxt gözəl olardı ki, məsələn, Alimpaşa müəllim Şəmkirdə Cümə namazında hamı ilə namazını qılardı. Yaxud da Ramazan bayramında öz hesabına 10 qurban kəsdirərdi və ehtiyacı olan ailələrə paylayardı. Yaxud da Ramazan ayında kiminsə qapısını döyərdi, “sizə iftara gəlmişəm” deyərdi. Kim eşitsə ki, Alimpaşa müəllim namaz qılır, onda heç kim təəccüblənməzdi.  Keçmiş məmurlar düşünməlidir ki, niyə insanlar bizə belə yanaşırlar. O haqda düşünsünlər. Əgər insanlar sənin ibadətinin səmimiyyətinə inanmırsa, axirətdə Allah buna nə edəcək?! Amma ümumi götürəndə yaxşıdır, 43 milyonluq obyekti özəlləşdirmək yolu düşünməkdənsə, axirəti, qəbir əzabını, haqq-hesabı, yetim, qul haqqı barədə düşünsünlər. Bəlkə onda adam olarlar".

Abbaslı həbsdə olduğu vaxtları da xatırladıb: “Mən özüm də həbsdə olmuşam. Orada məşğul olmalı iş yoxdur. Özəlləşdirməyə obyekt yoxdur ki, başlarını qatsınlar. Mən, məsələn, mitinq edə bilmirdim, nə edəcəyimi bilmirdim. Mən onsuz da həbsdən də əvvəl də ibadət edirdim. Həbsdə də namazımı qılırdım. Görürsünüz, medianın heç xəbəri də olmadı ki, Tural Abbaslı namaz qılır. Cəzaçəkmə müəssisəsində namaz qılmaq üçün ovaxtkı rəislə iki həftə mübahisəm olub. Çünki o, qanunsuz olaraq ibadətlərə icazə vermirdi. Heç o məsələ gündəmə gəldimi? Xeyr. Çünki hamı bilirdi ki, onsuz da ibadət edirik. Bunlar da əsas odur ki, dinə-imana gəlsinlər, eybi yoxdur”.

2e8d0390-e38b-4390-98c9-88f57e5301c6.jpg (270 KB)

Elmir Əkbər: “Din yoluna gəliblər, bəs etdikləri səhvlərin kəffarəsini veriblərmi?!”

Mövzu ilə bağlı tanınmış psixoterapevt Elmir Əkbər də “Yeni Müsavat” a şərh verib: “Təbii ki, mən də çox istəyərəm ki, tövbə əhlinin səmimiyyətinə inanım. Amma qəlblərə hakim olan Allahdır. Biz insanların əməllərinə ancaq qiymət verə bilərik. Hansı biri malından, mülkündən kiməsə bağışladı, ianə etdi. Əvvəllər milyonçular təhsil müəssisəsi üçün böyük yerlər tikib, təhvil verərdilər. Universitetlər, institutlar, məktəblər açıblar. İndi bu məmurlardan hansı elmi laboratoriya açmaq üçün bir yer bağışladı. Çox gözəl bilirik ki, onlar həbs olunsalar da, onların bütün əmlakı əlindən alınıb. Bir təmsilimizin gözəl sözləri var: tülkü "İndi həccə gedirəm, artıq tövbə edirəm" deyir, yəni illər ərzində belə halları biz çox gördük. Mən bir tərəfdən bir eksisentiral psixoanalitik kimi istəyərəm inanım ki, onların bu tövbə addımında həqiqət var. Digər tərəfdən də, əməldə biz bunu görməliyik. Üçüncü məqam, onlar həbsxanadan çıxandan sonra dini əməllərini davam etdirirlərmi? Axı həyatda çox rast gəlirik ki, hər hansı bir çətin məqamda dini pərdəyə, dona bürünürlər. Haradasa özünü şüuraltı olaraq aldadır, hətta özü də inanır ki, guya din yoluna gəlib. Amma azadlığa çıxandan sonra görürsən ki, o, dindən tamam uzaq bir həyat sürməyə başlayır. Bu da sübut edir ki, onların heç əvvəldən səmimiyyətləri olmayıb".

E.Əkbər digər vacib məsələyə də toxunub: “Onlar həbsdə din yoluna gəliblər. Bəs etdikləri səhvlərin kəffarəsini veriblərmi?! Kiminsə pulunu, malını alıb  qaytarıblarmı. Özlərinə bununla bağlı sual veriblərmi?! Sovet dövründə ”Komsomolun səbri" olanlar Sovet hökuməti dağılandan sonra din sahəsində özlərini sınamağa başladılar. Çünki insanlar üzərində dominantlıq etmək, şöhrət əldə etmək, kimlərisə idarə etmək istəyi və bu kimi müəyyən psixoloji səbəblər onların niyyətləri arxasında dururdu. Dinə hörməti olan insan çalışmalıdır ki, dinlə bağlı münasibətlərini açıqlamasın. Bu din yoluna gəlibsə, cəmiyyət bunu haradan bilsin. Niyə onlar bunu nümayişkaranə şəkildə edirlər? Həqiqi din yoluna gəliblərsə, niyə bunu ürəklərində saxlamırlar".

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR