İrəvanın əhalisi azalmaqda davam edir – Ermənilər hara üz tutur?

2022-06-07 19:39:00

İrəvanın əhalisi azalmaqda davam edir – Ermənilər hara üz tutur?

“Ermənistan müstəqillik əldə edəndən bəri son 30 ildə əhalisi 669 min 246 nəfər azalıb”.

Hurriyyet.az xəbər verir ki, bunu ReAL partiyasının icra katibi Natiq Cəfərli bildirib. Partiya rəsmisi azalma ilə bağlı məsələyə aydınlıq gətirib:

“1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdə ölkə əhalisi 3 mln. 633 min 301 nəfər idi, 20 ildən sonra, 2011-ci ildə əhali sayı 3 mln. 215 min 299 nəfər, 2021-ci ildə isə 2 mln. 964 min 55 nəfər olub. Gələk bu ilin ilk 4 ayının göstəricilərinə - 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda doğulan uşaq sayı 10 665 nəfər olub, 2021-ci ilin eyni dövrünə görə doğuş 7,3% azalıb (keçən ilin ilk 4 ayında 11 501 uşaq doğulmuşdu). Bu ilin ilk 4 ayında Ermənistanda ölənlərin sayı 10 701 nəfər olub – yəni təbii azalma trendi davam edir. Keçən il Ermənistandan 42 min nəfər birdəfəlik köçüb, bu ilin ilk 4 ayında köç azalsa da, davam edib, ölkəni hər ay 1500-2000 nəfərə yaxın insan birdəfəlik tərk edir. Bir çox mütəxəssislərin hesablamalarına görə demokrafik “əyridə” Ermənistan kritik nöqtəni keçib, əhalinin azalma trendi davam edəcək”.

N.Cəfərli Ermənistanın Qərbə inteqrasiya edəcəyini qeyd edib. Ekspert Yerevanın qarşısında yalnız bir yolun olduğunu deyib:

“Bu gün Ermənistanda Moskvanın göstərişi ilə sülhə qarşı çıxan dəstələr, mitinq-yürüşlərlə, aranı qatmaqla, xaos yaratmaqla “revanşdan” danışırlar, müharibənin nəticələri ilə barışmaq istəmirlər. Yaxşı, hansı gününüzə revanşdan danışırsız?! Demokratik böhran artıq qapınızdadır, iqtisadi və sosial vəziyyət dünyaya da paralel olaraq ağırlaşır, Rusiyadan asılılığınız faciəvi dərəcədə yüksəkdir – bütün bu çağırışların qarşısında yeganə yolunuz sülhdür, əmin-amanlıqdır, sərhədlərin açılması və regional ticarətin canlanmasıdır.

Dünyada gedən trend onu göstərir ki, Ermənistanın Qərbə inteqrasiyasının alternativi qalmayacaq, yaxşı, Qərbə gedən iqtisadi, siyasi, hətta coğrafi yol isə Azərbaycan və Türkiyə üzərindən keçir – bunu anlamaq o qədər də çətin deyil axı, deməli, Ermənistanın dövlət kimi varolma şansı ancaq sülhdən, qonşularla normal münasibətlərdən asılıdır.

Məncə, Ermənistan əhalisinin böyük əksəriyyəti bunu anlayır, ona görə də Kremlin bütün təhriklərinə, dəstəyinə baxmayaraq küçələrə çıxan vətəndaş sayı kritik həddə çatmır, hətta artıq sönərək bitməyə doğru gedir. İnanmaq istərdim ki, Ermənistan əhalisinin kollektiv ağlı sonda revanşistləri siyasi səhnədən tamamən silib sülhə doğru addımlayanlara tam dəstək olacaq...”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya