Saat:16:19
Haqqımızda

İrəvanın bu ikisini eyni anda etməsi mümkün deyil – Peskov

2025-01-09 16:14:49

İrəvanın bu ikisini eyni anda etməsi mümkün deyil – Peskov

“Rusiya Cənubi Qafqazda sülh və sabitliyin olması, həmçinin etimad mühitinin formalaşdırılmasında maraqlıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərinin olduğunu bildirib:

“Qafqaz regionu bizə uzaq deyil, orada sülh və sabitliyin olmasını istəyirik. Moskva Bakı və İrəvanla əlaqələrini yüksək qiymətləndirir.

Lakin Ermənistanın həm Avrasiya İqtisadi İttifaqı (Aİİ), həm də Avropa İttifaqına (Aİ) eyni anda üzv olması mümkün deyil. Aİİ İrəvana daha real fayda gətirir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194115