Saat:19:30
Haqqımızda

İrəvanın Aİ ilə yaxınlaşması davam edir

2025-11-05 17:00:19

İrəvanın Aİ ilə yaxınlaşması davam edir

Hurriyyet.az xəbər verir ki, Aİ ilə Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı Ermənistana təqdim edilib.
Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər İdarəsinin baş direktorunun müavini Yohannes Lyuxner Ermənistan ilə Aİ arasında Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planını Ermənistan tərəfinə təhvil vermək üçün İrəvana səfər edib.
Görüşdə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan İrəvanın fəaliyyət planına vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahələrində islahatlar üçün strateji sənəd kimi baxdığını bildirib. O, Ermənistanın vətəndaşların Aİ ölkələrinə maneəsiz səyahətini təmin etməyə yönəlmiş islahatların həyata keçirilməsinə sadiq olduğunu vurğulayıb.
Hazırda Ermənistan Aİ-nin viza liberallaşdırılmasını həyata keçirdiyi yeganə ölkədir.
Hürr Tərcüman