İrəvandan Tehrana müntəzəm uçuşlar başlayır
2023-05-31 00:02:00
Ermənistanın "Fly One” aviadaşıyıcısı İrəvandan Tehrana və əksinə müntəzəm uçuşlar həyata keçirəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Uçuşlar iyunun 6-da başlayacaq və həftədə dörd dəfə: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri yerinə yetiriləcək.
Mayın ortalarında şirkət İrəvandan Larnakaya və əks istiqamətdə müntəzəm uçuşların başlandığını elan edib.