İrəvandan Rusiyaya reyslər ləğv edildi
Rusiya paytaxtındakı bir neçə hava limanının müvəqqəti bağlanması səbəbindən “Aeroflot” aviaşirkətinin Moskva-İrəvan reysi ləğv edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” hava limanı məlumat yayıb.
Uçuş cədvəlinə əsasən, təyyarə Rusiya paytaxtından dekabrın 11-də İrəvan vaxtı ilə təxminən saat 10:00-da yola düşməli idi.
“Rosaviasiya”nın məlumatına görə isə “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Təhlükəsizlik tədbirlərinin PUA-ların hücum təhlükəsi ilə əlaqədar olduğu bildirilir.
Yekaterinburq-İrəvan reysi də təhlükəsizlik səbəbindən təxirə salınıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvanın hava limanlarının bağlı olması səbəbindən eniş edə bilməyib.
Axar.az
