İrəvanda tamaşa: Paşinyandan Bakıya getməsini tələb edirlər - "sonra bizi də apararsan"
2024-09-12 13:19:19
Hurriyyet.az xəbər verir ki, İrəvanda Hökumət Evinin qarşısında "Birgə" hərəkatının etiraz aksiyası keçirilir. Nümayiş iştirakçıları Baş nazir Nikol Paşinyandan Bakıda keçiriləcək COP29 tədbirinə getməyi və bir sıra məsələlərlə yanaşı, "ermənilərin Azərbaycana qayıtması" məsələsini qaldırmağı tələb edirlər.
Qeyd edək ki, hazırda Azərbaycanda 40 min nəfərdən artıq erməni yaşadığı halda, Ermənistanda 1 nəfər də olsun azərbaycanlı yoxdur.
1980-ci illərin axırlarında 250 min nəfərdən artıq azərbaycanlı Ermənistandan qovulub, azərbaycanlı əhalinin öz tarixi torpaqlarından tam etnik "təmizlənməsi" aparılıb.
Hürr Tərcüman