İrəvanda Rusiya bayrağı tapdalandı - Video
2024-01-30 10:26:29

İrəvanda yerli sakin Leninqrad blokadasında mühasirədən sağ çıxan ac uşaqların xatirəsinə ucaldılmış abidəni təhqir edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan vətəndaşı abidənin faşistlər üçün ucaldıldığını bildirib. O, abidənin qarşısına qoyulmuş əklilləri dağıdaraq, üzərində olan Rusiya bayraqlarını tapdalayıb.
Qeyd edək ki, yanvarın 27-sində Leninqradın faşist mühasirəsindən azad olunmasının 80 ili tamam olub./axar.az/
