İrəvanda qondarma “arsax bayrağı”nı bu hala saldılar - VİDEO

2023-05-08 10:57:00

İrəvanda qondarma “arsax bayrağı”nı bu hala saldılar - VİDEO

İrəvanda ermənilər qondarma “arsax bayrağı” adlandırdıqları əski parçasının əks olunduğu lövhəni qoparıb.

Hurriyyet.az
Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvanın Sayat-Nova küçəsində əski parçasının əks olunduğu reklam lövhəsi iki qadın tərəfindən cırılıb.

Hadisə ilə bağlı yayılan görüntülər göstərir ki, erməni qadınlar bunu nümayişəkərana formada edir.

Ermənistanda əhalinin böyük əksəriyyəti Qarabağ məsələsindən yorulub və bir ovuc separatçıya görə daha nə ölmək, nə də əziyyət çəkmək istəmirlər. Bundan öncə Ermənistan parlamentində də separatçıların əski parçasına görə dava düşmüşdü. Eyni zamanda, İrəvandakı “Fransa meydanında” müxalifətin keçirdiyi mitinqdə də əski parçasına qarşı analoji addım atılmışdı.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.231336