İrəvanda müxalifətçilər Paşinyanı axtarırlar

2022-06-03 19:48:00

İrəvanda müxalifətçilər Paşinyanı axtarırlar

Hurriyyet.az xəbər verir ki, İrəvanda müxalifətin etiraz aksiyasının iştirakçıları Nazirlər Kabinetinin binasını mühasirəyə almağı və Baş nazir Nikol Paşinyanın iqamətgahına yollanmağı qərara alıblar. Bu planı “Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan səsləndirib.

Onun sözlərinə görə, nümayişçilər parlamentə getdikləri zaman hakim fraksiyanın deputatları həmin binanı tərk ediblər. Müxalifətçilər Nazirlər Kabinetinə getsələr də, Baş nazir N.Paşinyanı orada tapmayıblar. Saqatelyan “Sputnik Ermənistan” agentliyinə müsahibəsində deyib: “İndi biz hökumət işçilərinin bağ evlərinə gedəcəyik və baxacağıq görək, o özündə vətəndaşların suallarına cavab vermək üçün cəsarət tapacaqmı?”

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya