Saat:17:02
Haqqımızda

İrəvanda kütləvi aksiyalar və kütləvi həbslər davam edir

2022-05-03 12:46:00

İrəvanda kütləvi aksiyalar və kütləvi həbslər davam edir

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəyir

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət şəhərin küçələrinə gedən yolları bağlayıb.

Polis etirazçıları sıxışdırır və artıq bir neçə nəfəri həbs edib.

İrəvanda 1 may tarixindən bəri kütləvi etirazlar davam edir. Mitinq iştirakçıları şəhərin mərkəzində düşərgə qurublar və artıq ikinci gecədir ki, orada qalırlar. Paşinyanın əleyhdarları bundan əvvəl mərkəzi küçələri tutmağa çalışdıqları üçün polis onların 244 nəfərini həbs eləmişdi.

Erməni parlamentinin vitse-spikeri, “Ermənistan” fraksiyasından olan İşxan Saqatelyanın sözlərinə görə, təkcə İrəvan küçələrini yox, şəhərə gedən əsas magistral yolları da tutmaq planlaşdırılır.

Müxalifət 25 aprel tarixindən bütün ölkədə etiraz aksiyaları keçirir. Bunun səbəbi Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamalarıdır. Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistana Azərbaycanının ərazi bütövlüyünün tanınmamasının təhlükəli olduğu barəsində xəbərdarlıq edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR