Saat:23:35
Haqqımızda

İrəvanda içində müxalifətçilər olan polis maşını yandı

2022-05-16 16:21:00

İrəvanda içində müxalifətçilər olan polis maşını yandı

Bu gün Ermənistanda keçirilən etiraz aksiyası zamanı maraqlı və təhlükəli anlar yaşanıb.

Hurriyyet.az xəbər verir ki, polis müxalifətin təşkil etdiyi yürüşdə etirazçıları saxlayaraq xidməti avtomobillərə doldurub. Kiçik avtobuslardan birində isə qəfl tüstü yaranıb. Qeyd edilir ki, vətəndaşları zorla maşınlarda oturdan polislər avtobusun xarab olduğunu əvvəlcədən bilməyiblər.

"Polislərdən biri "Nə oldu? Maşını dəyişin, tez dəyişin deyib qışqırıb". Mitinq iştirakçısı olmayan və yoldan keçən vətəndaşlar isə cavabında "Axmaqlar, siz insanların həyatı ilə oynayırsınız, alovlanan maşınla xidmət aparmazlar" deyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR