İrəvanda hökumət binası qarşısında etiraz aksiyası

2023-01-23 17:22:00

İrəvanda hökumət binası qarşısında etiraz aksiyası

İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Aksiya ötən həftə Geğarkunikdəki hərbi hissələrdən birində baş verən partlayış nəticəsində 15 hərbçinin ölməsinə etiraz məqsədilə təşkil olunub.

"Sizin oğlunuz orduda növbəti qurban olmamalıdır!" lozunqu ilə baş tutan aksiyada hakimiyyət əleyhinə şüarlar yazılmış plakatlar qaldırılıb.

Ötən həftə baş vermiş hadisədə səhlənkarlıq elementlərinin olduğu diqqətə çatdırılıb və buna görə məsuliyyət daşımalı olanların cəzalandırılmasına çağırış edilib.

Modern.az  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156917