İrəvanda gərginlik artdı, şəhərə əlavə polis qüvvələri yeridildi - VİDEO
2024-05-09 16:48:47
.jpg)
Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar. Şəhərdə gərginlik artıb, əlavə polis qüvvələri yeridilib.
Hurriyyet.az xəbər verir ki, məlumata görə, Ermənistan hökumətinin binası təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Polis qüvvələri mitinqin olacağı Respublika meydanına bitişik küçələrdə, o cümlədən hökumət evinin arxa tərəfində cəmləşib.
Bundan başqa, İrəvandakı Opera Teatrının ətrafında polis qüvvələri yerləşdirilib.
oxu.az
