Saat:04:40
Haqqımızda

İrəvanda etirazçılar ayağa qalxdılar: Onlarla saxlanılan var - YENİLƏNİB

2024-05-13 12:05:21

İrəvanda etirazçılar ayağa qalxdılar: Onlarla saxlanılan var - YENİLƏNİB

İrəvanda bu gün səhər saatlarından başlayan etiraz aksiyalarında ümumilikdə 88 nəfər nümayişçi saxlanılıb.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, hazırda paytaxtda bağlı küçə yoxdur.

***

Bu gün səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Bir qrup etirazçı paytaxtda yollar bağlamağa başlayıblar.

KİV-in məlumatına görə, artıq saxlanılanlar var.

Qeyd edək ki, bu gün Ermənistan paytaxtında yerləşən Respublika meydanında delimitasiya əleyhinə növbəti etiraz aksiyasının keçiriləcəyi gözlənilir. (gununsesi.info)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187354