Saat:05:12
Haqqımızda

İrəvanda çevrilişə cəhd: Rusiya xüsusi xidmət orqanları...

2024-09-21 14:09:50

İrəvanda çevrilişə cəhd: Rusiya xüsusi xidmət orqanları...

Rusiya xüsusi xidmət orqanları Ermənistanda dövlət çevrilişinə cəhdin təşkilindən xəbərdar olublar.

Hurriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində hakim Mülki Müqavilə Partiyasından deputat Armen Xaçatryan deyib.

“Fikrimcə, Rusiyanın təhlükəsizlik orqanları o qədər də qeyri-peşəkar deyillər ki, Ermənistandan onlarla insanın gəlib təlim keçməsini bilməsinlər. Məncə, iştirakçıların sayı 7-dən çoxdur. Əgər Rusiyanın səriştəli orqanları məsələdən xəbərdar deyildilərsə, o zaman bu, çox böyük problemdir”, – deyə o bildirib.

Xatırladaq ki, keçən həftə Ermənistanda dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbs edilib. Onların içərisində Qarabağ erməniləri də yer alıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205666