İrəvanda aksiya: Erməni MAXE-lər ayağa qalxdı - Video
.jpg)
Ermənistanda müddətdən həqiqi hərbi xidmət qulluqçularına (MAXE) məxsus “Səlibçilər” dəstəsinin könüllüləri hazırda İrəvandakı hökumət binasının qarşısında etiraz aksiyası keçirir.
Hurriyyet.az xəbər verir ki, hərbçilər hakimiyyət tərəfindən maaşlarının aşağı salındığını və pullarının verilmədiklərini bildirirlər.
Erməni nəşri yazır ki, onlar 44 günlük müharibədə iştirak etdiklərini qeyd edirlər, lakin bu barədə sənəd təqdim etmirlər.
“Onlar bizim qoşunlara psixoloji təzyiq göstərirlər. Könüllülərin demək olar ki, 80 faizinin evi yoxdur, hətta indi də kirayə haqqını ödəmək üçün belə maaş almırlar. Yəni adam ayaq üstə dayanıb eşidir ki, arvad-uşağını evdən çıxarıblar. Biz Müdafiə Nazirliyində olmuşuq və bizə dedilər ki, hər şey hökumətin qərarı ilə müəyyən edilib”, - deyə dəstənin komandiri Sarqis Poqosyan bildirib.
Onun sözlərinə görə, keçən il maaşları kəsilib və nazirlikdən hərbçilərə söz verilib ki, artım mütləq olacaq.
Müdafiə Nazirliyində aparılan islahatlara və sertifikatlaşdırma yolu ilə maaşların necə artırılmasına toxunan Poqosyan qeyd edib ki, könüllülər arasında çoxlu yaşlı insanlar var ki, onların da səhhətində problemlər mövcuddur. Bununla belə, hərbçilər vurğulayıblar ki, onlar vətənə xidmətə davam etməyə yenə də hazırdırlar.
Könüllülər onu da qeyd ediblər ki, bəzən onlara öz mövqelərinə qalxmağa icazə verilmir.
Heyət üzvlərindən biri ordunun attestasiya yolu ilə buraxılacağını bildirib.
“Könüllü gündə 8.500 dram (22 dollar) alır və məndə mühafizəçilərin pullarını almadıqları siyahıları var. Könüllülərin sosial problemlərini kim həll edəcək, müalicə məsələlərini təmin edəcək, bilmirik. Çünki dövlətin könüllülərə münasibəti birmənalıdır. Hazırda ölkəmizdə ordunun darmadağın edilməsi prosesi peşəkar şəkildə gedir”.
O əlavə edib ki, 44 günlük müharibədən sonra özü də daxil olmaqla 303 əsgər “Interpol” xətti ilə axtarışdadır. Könüllünün sözlərinə görə, onlar sağlamlıq problemlərini həll etmək üçün ölkəni tərk etməyə cəhd ediblər, lakin səfirlikdən onlara beynəlxalq axtarışda olduqları barədə məlumat verilib.
Könüllülər hökumətin onları qəbul edəcəyini və problemlərini dinləyəcəyini gözləyirlər.
Həmin görüntüləri təqdim edirik:
yenisabah.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya