Saat:00:05
Haqqımızda

İrəvan yeni təkliflər paketini Bakıya GÖNDƏRDİ

2024-09-01 21:07:25

İrəvan yeni təkliflər paketini Bakıya GÖNDƏRDİ

Ermənistan sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini Azərbaycana təhvil verib.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan məlumat verib.

Ermənistan XİN rəhbərinin müavini İrəvanın Cənubi Qafqazda və regionda sülhün bərqərar olmasına hazır olduğunu təsdiqləyib.

Diplomat digər məsələlərlə yanaşı, siyasi dialoqun fəal xarakterini, eləcə də Ermənistan və Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın möhkəm əsasını qeyd edib .

Qeyd edək ki, iyunun 27-də Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi üzrə on birinci təkliflər paketini Ermənistana təhvil verib .

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı ilə İrəvan arasında sazişin mətni 80-90 faiz razılaşdırılıb. Azərbaycan lideri vurğulayıb ki, dialoqun daha da inkişafı üçün erməni tərəfi layihədən Dağlıq Qarabağla bağlı olan müddəa və şərtləri çıxarmağa məcbur olub. \\Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.221827