Saat:07:16
Haqqımızda

"İrəvan yenə qarışsa da, Paşinyan sükanı əlində saxlamağı bacaracaq" - NATİQ CƏFƏRLİ

2024-05-10 14:12:44

"Orta statistik erməni anlayır ki, indi zəifdilər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur"

"İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq. Çünki kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər, amma etirazların lideri və simvolu olan “keşiş Qaponun”, Qalstanyanın dünən gedib Köçəryanla görüşməsindən, “Qarabağ klanı”nın bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxmasından sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indədən söyləmək mümkündür". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

REAL-ın icra katibi qeyd edib ki, Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir: "Yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülhdən, əməkdaşlıqdan danışır. Yaxşı, "Qarabağ klanı", kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər. Orta statistik ermənini bu mövzularla cəlb etmək mümkün deyil, özü də prosesdə "Qarabağ klanı" varsa, heç mümkün deyil. Orta statistik erməni anlayır ki, indi zəifdilər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur. Yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir".

Dünən İrəvanın baş meydanında 20-25 min adamın yığışdığını vurğulayan politoloq əlavə edib ki, bu, son illər Paşinyan əlehinə olan ən böyük mitinq idi: "Amma bu gün və sabah artıq o qədər insan yığışacağını düşünmürəm. Hə, bir də əgər məlum olsa ki, dünən meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm, bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180280