Saat:16:48
Haqqımızda

İrəvan unudulmadı, Atatürk Mərkəzində anım tədbiri kecirildi / FOTOLAR

2022-04-26 14:30:00

İrəvan unudulmadı, Atatürk Mərkəzində anım tədbiri kecirildi / FOTOLAR

Qərbi Azərbaycanın paytaxtı İrəvan, "İrəvan bir nağıldı" deyimində olduğu kimi, 300 illik keçmişin arxasında qalan ağrılı-acılı, kədər dolu hekayətə dönsə də unudulmadı, qan yaddaşımızda yaşayır.

1827-ci il 13 oktyabrda İrəvan qalasının ruslar tərəfindən alınması ilə başladılan işğal dönəmi nə sovet zamanında ermənilərə peşkəş edilmiş Zəngəzuru, Göyçəni, nə də 1918-ci ildə ermənilərə Ararat respublikasına paytaxt İrəvanı unutdura bilmədi. Heç şübhəsiz, bu, həm də millətimizin maariflənməsinə töhfə verən İrəvan Müəllimlər Seminariyası kimi təşkilatların sayəsində mümkün olub. Bu da ondan irəli gəlir ki, təhsil insanın şüuraltını, ilkin dünyagörüşünü, düşüncəsini formalaşdıran sahədir. Məhz bu səbəbdən İrəvan Müəllimlər Seminariyası İrəvanı yaşatdı, yaşadır, İrəvanı hələ də yaddaşımızda diri, təravətli saxlayır.

2022-ci il 25 aprel tarixində İrəvan Müəllimlər Seminariyasının 140 iilk ildönümünü qeyd etmək üçün, İrəvan Türk Cümhuriyyəti başda olmaqla, bir sıra elm adamları tərəfindən Atatürk Mərkəzində anım tədbiri keçirilmişdir. Tədbirdə "İrəvan Müəllimlər Seminariyası və onun xələfi İrəvan Türk Pedaqoji Texnikumu" mövzusunda elmi-praktik konfrans təşkil olunmuş, seminariyanın millətimizin təhsilində, maarifçilik hərəkatında rolu barədə geniş məlumat verilmişdir.

İradə Rzazadənin moderatoru olduğu tədbirdlə məruzəçilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor, elmlər doktoru Fərrux Rüstəmov, Qərbi Azərbaycan Azadlıq Təşkilatı İdarə Heyətinin sədri Əli Vəliyev, İrəvan Türk Cümhuriyyətinin Dövlət və Milli Şurasının üzvü Məhluqə Rəhimova, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova İrəvan Müəllimlər Seminariyası haqda çıxış etdilər, bu təhsil ocağının oynadığı rol barədə ətraflı məlumat verdilər.

Hesab edirik ki, bu qəbildən tədbirlər millətimizin yaddaşında itirilmiş torpaqlarımızın unudulmaması, milli hafizəmizin sərvaxt və ayıq saxlanılması baxımından böyük əhəmiyyətə malikdir.

 

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR