Saat:21:30
Haqqımızda

İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır

2024-11-30 19:33:56

İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan hakimiyyətinin Zəngəzur vilayətinin Qafan şəhərində Rusiya konsulluğunun açılması üçün cavabını gözlədiklərini açıqlayıb. Bu açıqlamanın səbəbi odur ki, Rusiya Ermənistan səlahiyyətlilərindən tez bir zamanda razılaşacağını və çox qısa müddət ərzində konsulluğu açacağını düşünürdü, lakin rəsmi İrəvan hələ də razılıq verməyib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Hraparak” erməni nəşri məlumat yayıb.

Bildirilib ki, İrəvan Kremlin əsəbləri ilə oynayır, “nə rədd edir, nə də razılaşır”.

Politoloq Suren Surenyantsın fikrincə, Ermənistanın bu münasibəti anlaşılmazdır:

“Ermənistanın özü müxtəlif ölkələrin Qafan və ya Zəngəzurun digər ərazilərində konsulluq xidmətlərinin olmasında maraqlı olmalıdır, çünki bu, həm də təhlükəsizlik komponentinin gücləndirilməsinə yönəlib. Ona görə də razılıq olmaması Ermənistan-Rusiya münasibətlərindəki hazırkı böhran kontekstində nəzərdən keçirilməlidir”.

Qeyd edək ki, Ermənistan qısa müddətdə İrana bu razılığı vermişdi və hazırda Qafanda İran konsulluğu fəaliyyət göstərir.//Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179258