Saat:14:53
Haqqımızda

İrəvan metrosunda xəritə təxribatı - Foto

2023-06-03 15:33:00

İrəvan metrosunda xəritə təxribatı - Foto

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla sülh danışıqları aparan, eyni zamanda Türkiyə ilə münasibətlərini bərpa etmək mərhələsində olan Ermənistan qonşularını narahat edəcək növbəti addımını atdı.

Hurriyyet.az xəbər verir ki, paytaxt İrəvanda metro stansiyasının divarında illərdir poster formasında asılan və etirazlara baxmayaraq götürülməyən qondarma “böyük Ermənistan” xəritəsi təkmilləşdirilərək led ekranda nümayiş olunur.

15 müxtəlif bölgəni göstərən xəritədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanın bəzi əraziləri qondarma “böyük Ermənistan” xəritəsinə daxil edilib. Xəritədə Türkiyənin Şərqi Anadolu bölgəsinin əsas hissəsi, xüsusilə də Van gölü və ətrafı qondarma “böyük Ermənistan”ın tarixi ərazisi kimi göstərilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev də bununla bağlı öz “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “İrəvan metrosunda “Böyük Ermənistan”ın xəritəsi indi daha da yenilənib. İndi siz Ermənistanın qonşularına qarşı bütün ərazi iddialarını canlı izləyə bilərsiniz. Həqiqətən çox üzücüdür. Ermənistan öz sərhədləri daxilində yaşamağı nə qədər tez öyrənsə, bütün region üçün bir o qədər yaxşı olar”. (qafqazinfo)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR