İrəvan metrosunda BOMBA HƏYƏCANI
2022-07-20 20:34:00

İrəvan metrosunun stansiyalarında aparılan peşəkar yoxlama nəticəsində məlum olub ki, bomba qoyulması barədə çağırış yalan olub.
Bu barədə Dəmirçiyan İrəvan Metropoliteninin yaydığı məlumatda deyilir.
“İrəvan metrosunun normal fəaliyyəti saat 18:15-dən bərpa edilib”, - məlumatda bildirilib.
Xatırladaq ki, yerləşdirilmiş bomba ilə bağlı siqnal saat 12:57 radələrində daxil olub. Hadisə yerinə kinoloqlar və istehkamçılar gedib. Saat 13:30-da metronun işi dayandırılıb, sərnişinlər və işçilər təxliyə edilib. \\Gundem.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya