İrəvan KTMT-dən umub ala bilmədiyi hərbi dəstək üçün bu dəfə Parisə yalvarır...

2022-08-05 15:01:00

İrəvan KTMT-dən umub ala bilmədiyi hərbi dəstək üçün bu dəfə Parisə yalvarır...

44 günlük müharibədə ətək və xalçaya bürünərək unitazları da qamarlayaraq dabanına tüpürüb Qarabağdan qaçan erməni varlıqları Azərbaycanın keçirdiyi dünənki "Qisas" əməliyyatından sonra İrəvanda Rusiya və Fransa səfirlikləri yaxınlığında etiraz aksiyaları keçiriblər. Aksiyanın əsas şüarı Parisdən Laçına sülhməramlıların gətirilməsi olub. Görünür Paşinyanı içəridəki Qarabağ klanının əliylə baş nazir postundan didərgin salmaq üçün Ermənistanı dəmr yumruğun altına döyülmək üçün itələyən Moskvadan ümidlərini kəsən ermənilər açıqdan-açığa hərbi himayəni Parisdə axtarmağa başlayıblar. Rus sülhməramlılarından umduğunu ala bilməyən "unitaz daşıyanıar" indi də fransız qardaşlarına üz tuturlar, onlardan mədəd umurlar. 
Amma güvəndiyi fransız dağlarına qar yağdığını anlamaqda çətinlik çəkən ermənilər letargiya yuxusundan nə qədər tez ayılsalar onlar üçün bir o qədər yaxşı olar. Yəqin ki, qardaşları Fransanın prezidenti Makronun Azərbaycan prezidenti İlham Əliyevdən aldığı cavab onlara yetərli olar. Belə ki, prezident İlham Əliyev "Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir" ifadələri ilə prezident Makronla telefon söhbətində durumu kifayət qədər aydın təsvir edib..
“Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir”, deyə prezident fikrini tamamlayıb. 
Böyük ehtimalla Fransadan mədəd uman erməni əzabkeşləri gözlədikləri köməyin gəlməyəcəyini və Parisin erməni qardaşlığını deyil, iqtisadi-siyasi maraqlarını tərcih edərək Parisin Bakıya qarşı durmayacağına şahid olacaqlar.  

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000130