"İrəvan ən yaxın zamanda sülh müqaviləsini imzalamağa hazırdır"
2024-09-24 11:24:54
Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Baş Assambleyasının 79-ci sessiyasında italiyalı həmkarı Antonio Tayani ilə görüşü zamanı İrəvanın ən yaxın zamanda Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.
Bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir: " Nazir Mirzoyan Ermənistanın ən tez bir vaxtda Azərbaycan ilə sülh müqaviləsini imzalamaq üçün siyasi iradəsi və qəti mövqeyi vardır. Ermənistanın müqavilənin layihəsi ilə bağlı son təklifi də buna xidmət edir".
Hürr Tərcüman