İrəvan bu silahları alır: hədəfi nədir? - Hərbi ekspert

2022-08-01 13:25:00

İrəvan bu silahları alır: hədəfi nədir? - Hərbi ekspert

Ermənistan qarşısına silahlanma proqramı qoyub - yəni yenidən öz ordusunu silahlandırmağa hazırlaşır.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Azərbayvan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazədə yerli mediaya açıqlamasında deyib.

“İrəvan kosmosa sputnik buraxır. Bu sputnikin Ermənistan sərhədlərinə nəzarətdə kömək olacağı vurğulanır. Sonra isə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Hindistana yola düşür. Bu ölkə Ermənistana yeni nəsl dronlarını sata biləcəyini bildirir. Bu barədə Hindistan mediası yazıb.

Bəs görəsən İrəvan nə etməyə çalışır?

44 günlük müharibədəki taktikamızı yada salaq – görünür, ermənilər Azərbaycanın təcrübəsini tətbiq edirlər. Qarabağ uğrunda gedən döyüşlərdə bizim dronlar sputnikimizlə vəhdət halında çalışırdı. Bu taktika ermənilərin hərbi gücünü 44 günə yox etdi. Hazırda onlar yenidən ordu yaratmağa, silahlanmağa çalışır.

Biz anlamalıyıq ki, hətta sülh sazişi imzalanarsa, hətta dövlətlərimiz arasında sərhədlərin demarkasiyası baş versə belə, gələcəkdə Ermənistanın Azərbaycana qarşı işğal planlarına yenidən qayıtmayacağına zəmanət yoxdur.

Ermənistanda hərbi quruculuq cəhdlərini daim izləmək lazım gələcək və müvafiq olaraq, bu ölkənin silahlı qüvvələrində hər hansı istiqamət inkişaf etdikdə, biz hərəkətə keçməliyik”, - deyə o qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.082404