Saat:19:56
Haqqımızda

İrəvan “ağsaqqalları” arasında dava düşdü

2025-01-31 12:01:44

İrəvan “ağsaqqalları” arasında dava düşdü

İrəvan Ağsaqqallar Şurasının növbədənkənar iclasında ictimai nəqliyyatın qiymətlərinin müzakirəsi zamanı kütləvi dava düşüb. Bu barədə Ermənistan KİV-ləri xəbər verir. 

“Ara, bu sənsən, ara” ifadəsi ilə başlayan mübahisə daha da böyüyərək əlbəyaxa davaya çevrilib və Ermənistan paytaxtının meri Tiqran Avinyan polisə zəng vurmağa məcbur olub.

Lakin hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra da ehtiraslar səngiməyib. Avinyan dava iştirakçılarının zalı tərk etməsini tələb edib, “Ana Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı iclasda iştirak etmək hüququndan məhrum edib.

Ülviyyə, Hurriyyet.az