İraqın şimalındakı PKK fəalı zərərsizləşdirilib

2021-11-25 13:00:00

İraqın şimalındakı PKK fəalı zərərsizləşdirilib

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının İraqın şimalındakı Qara rayonunda apardığı əməliyyat nəticəsində 4 terrorçu, Qəndil rayonunda apardığı əməliyyat nəticəsində isə 2 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçulardan birinin  PKK/KCK terror təşkilatının qondama xarici əlaqələr rəhbəri, “Botan” ləqəbli Nihat Gören olduğu müəyyənləşdirilib.

PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir. 

Hürr Tərcüman