Saat:04:24
Haqqımızda

İraqdan açıqlama: "ABŞ suverenliyimizi düşməncəsinə pozub"

2024-02-08 11:18:28

İraqdan açıqlama:

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İraq ABŞ-ın Bağdada hücumunu "suverenliyə düşməncəsinə hücum" kimi qiymətləndirib.
İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsinin sədri general Tahsin Hafaci dünən verdiyi yazılı açıqlamada ABŞ-ın "Haşdi Şabi" şiə qüvvələrinin komandirini hədəfə almasının "suverenliyə hücum olduğunu və bütün razılaşmaları baltaladığını" bəyan edib. 
Generalın bəyanatında deyilir: "İraqın təhlükəsizliyini təhdid edən bu hücumda ABŞ və koalisiya qüvvələrini müqəssir hesab edirik. Bu İraqın suverenliyinin düşməncəsinə pozulmasıdır və bölgədə təhlükəli əks-sədası olacaqdır".
Bəlli olduğu kimi, fevralın 7-də ABŞ qüvvələrinin Bağdada endirdiyi hava zərbələri nəticəsində Haşdi-Şabi qrupunun komandirlərindən olan Əbu Bəkr öldürülüb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında Amerika hərbçilərinə qarşı hücumlara cavab olaraq 21.30 radələrində ABŞ qüvvələrinin şiə döyüşçüləri olan "Xətaib Hizbullah" qrupundan bir komandiri öldürdüyü bildirilib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.404473