Saat:20:56
Haqqımızda

İraqda vətəndaş qırğını – 10 nəfər həlak olub, 200 nəfər yaralanıb

2022-08-29 23:34:00

İraqda vətəndaş qırğını – 10 nəfər həlak olub, 200 nəfər yaralanıb

Hurriyyet.az xəbər verir ki, “Əl Cəzirə” telekanalının verdiyi məlumata görə, bu gün Bağdadda keçirilən kütləvi etiraz aksiyaları zamanı azı 10 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.

İraqın güc strukturlarının bir neçə əməkdaşı da zərər çəkib.

“Əl Ərəbiyyə” telekanalının verdiyi xəbərə görə, paytaxta ordu hissələri yeridilir.

Xəbər verdiyimiz kimi etiraz aksiyasını nüfuzlu dini lider Muktəda əs Sədrin tərəfdarları keçirir. Onlar hökumət idarələrinin yerləşdiyi Yaşıl zonanın beton hasarlarına hücum çəkiblər. İraqın Baş naziri Mustafa əl Kazımi Birləşmiş Operativ Hərbi Komandanlığın təmsilçiləri ilə fövqəladə iclas keçirərək Sədr tərəfdarlarının dərhal Yaşıl zonadan çıxarılmasını tələb edib.

Hürr Tərcüman

В Багдаде убиты 8 сторонников Движения Садр

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR