İraqda keçmiş HDP deputatının bacısı zərərsizləşdirildi

2022-07-28 14:40:00

İraqda keçmiş HDP deputatının bacısı zərərsizləşdirildi

Türkiyə kəşfiyyatı əməliyyat keçirib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin xüsusi xidmət orqanlarının əməkdaşları İraqın şimalında xüsusilə təhlükəli terrorçunu zərərsizləşdiriblər.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Süleymaniyyə şəhərində apardığı əməliyyat zamanı PKK-nın xüsusilə təhlükəli terrorçusu, “Berivan Zilan” kod adlı Xədicə Hezer vurulub. Hezer 1991-ci ildən terrorçuların sırasında xidmət edirmiş. 2004-cü ildə PKK-nın PJAK qadın dəstəsinin rəhbəri təyin edilib. 2008-ci ildən isə PJAK-ın Suriyadakı dəstələrinə başçılıq edib.

Zərərsizləşdirimiş terrorçu Türkiyənin HDP (Xalqların Demokratiyası) partiyasından olan, Van vilayətindən seçilmiş keçmiş millət vəkili Tuğba Hezer Öztürkün böyük bacısı olub. Onların qardaşı 1998-ci ildə Türkiyə hərbçiləri ilə atışmada ölüb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.081469