İraqda daxili qarşıdurma – yaralılar var

2022-07-30 15:20:00

İraqda daxili qarşıdurma – yaralılar var

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İraqda şiə lider Müqtəda əs Sədrin tərəfdarları bu gün Bağdadın “Yaşıl Zonası”na daxil olmaq istəyərkən asayiş keşikçiləri ilə toqquşublar. Sədrin 60 nəfər tərəfdarı toqquşma nəticəsində zərər çəkərək xəstəxanalara yerləşdirilib.

İraqda 2021-ci il 10 oktyabr tarixində keçirilən seçkilərin üzərindən 10 ay keçməsinə baxmayaraq, hələ hökumət qurulmayıb. Sədr hərəkatının lideri Müqtəda əs Sədr ilə keçmiş baş nazirlərdən olan koalisiya lideri Nuri əl Maliki arasında “rəqabət”in böyüməsi ölkədə şiələr arasındakı daxili toqquşma şəraiti yaradır.

İrana meylli siyasi qrupların yaratdığı Koordinasiya Çərçivəsinin hökumətin qurulmasını sürətləndirmək üçün Sudanini Baş nazir postuna namizəd elan eləməsi Sədr tərəfdarlarının küçərələrə çıxmasına səbəb olub. Çünki Sədr Sudanini “ikinci Maliki” hesab edir və namizədliyini qəbul etməyəcəyini bildirib.

Xatırladaq ki, iyulun 27-də də Sədr tərəfdarlarının bir qrupu paytaxt Bağdad şəhərində hökumət binalarının yerləşdiyi “Yaşıl Zona” qarşısında toplaşdıqdan sonra beton əngəlləri aşaraq parlament binasına daxil olmuşdular.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067308