İraq Türkiyəni dəstəkləyir

2022-04-26 17:00:00

İraq Türkiyəni dəstəkləyir

Huriyyet.az xəbər verir ki, İraq hakimiyyəti ölkənin şimalında PKK-ya qarşı yeni həmlə etməklə Türkiyənin həyata keçirdiyi “Pəncə-Kilid” antiterror əməliyyatına dəstək verib.

İraq hökuməti terror təşkilatının nəzarətində olan Səncara 40 avtomobildən ibarət hərbi karvan göndərib.

Türkiyə qüvvələri havadan və qurudan PKK hədəflərinə qarşı mübarizəni davam etdirir. Hazırda əsas hədəf Zap, Metina və Avaşin-Basyandakı terror dəhlizinin təmizlənərək təhlükəsiz bölgəyə çevrilməsidir.

“Pəncə-Kilid” əməliyyatında indiyə qədər 56 terrorçu zərərsizləşdirilib.

İraq Kürd Regional Muxtariyyətinin Etnik və Dini Məsələlər naziri və İraq Türkmən Cəbhəsinin üzvü aydın Maruf Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatı regionda sülh və əmin-amanlıq naminə apardığını bildirərək deyib: “Biz iraqlı türkmənlər olaraq hər zaman Türkiyə Cumhuriyyətinin tərəfindəyik. Keçmişdən bu günə qədər Türkiyə Cumhuriyyəti həmişə ayrı-seçkilik etmədən regionda olan insanlara, vətəndaşlara, bütün etnik qruplara, dini qruplara böyük dəstək verib”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya