Saat:19:41
Haqqımızda

İraq Kürdüstanı PKK-nın silahı yerə qoymasını dəstəklədi

2025-02-27 22:51:16

İraq Kürdüstanı PKK-nın silahı yerə qoymasını dəstəklədi

İraq Kürdüstan Regional Rəhbərliyi PKK-nın silahlarını yerə qoyması ilə bağlı səslənən təşəbbüsləri dəstəkləyir.

Hurriyyet.Az xəbər verir ki, Musavat.com-un məlumatına görə, bu barədə Neçirvan Bərzani açıqlama verib.

O, məsələyə müsbət yanaşdıqlarını bildirərək vurğulayıb: “PKK bu çağırışı nəzərə almalıdır. Bunun bölgədə sabitliyə töhfə verəcəyinə inanırıq. Bu cür addımlar daha müsbət nəticələrə gətirib çıxara bilər. Silahlı münaqişənin dövrü artıq başa çatıb”. 

1689667991_berzani.jpg (51 KB)

Bununla yanaşı, Bərzani qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi AK Partiya uzun illərdir bölgədə sabitliyin təmin olunmasına çalışır.

Xatırladaq ki, daha öncə A.Öcalan tərəfdarlarını təslim olmağa çağırmışdı. 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.154910