İranlı "söz ustası" həddini aşaraq Türkiyəyə hədə-qorxu gəlir

2023-09-07 09:36:55

İranlı

İranlı şovinist təbliğatçıların Azərbaycana qarşı bitib-tükənməyən söz hücumları sərhədləri keçməyə başlayıb. 44 günlük müharibədən sonra rəsmi Tehran Azərbaycana qarşı açıq qərəz mövqeyinə keçdi. Hərçənd əvvəlki mövqeyi də bundan fərqli deyildi.

Amma düşmənçiliyini məzhəb birliyi pərdəsi ilə ört-basdır etməyə müyəssər olan Tehran birtəhər gizlətdiyi qərəzini artıq gizlədə bilmədi. Başqa deyimlə İran artıq “cidanı çuvalda gizlədə” bilmir. Belə ki, zəhərli dilmanclarının dili ilə Azərbaycana söz hücumu edən İran artıq bununla kifayətlənmir və Türkiyəyə qarşı da söz hücumuna keçib.  

“İranın şimal-qərb sərhədlərində və Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı düşmənçilik hərəkətləri ilə bağlı aydın mövqeyi Hakan Fidanın (Türkiyə Xarici İşlər Naziri) diqqətinə çatdırılıb... nəyin bahasına olursa olsun bu təmin olunacaq...”, deyə Azərbaycana qarşı hücumları ilə tanınan iranlı təbliğatçı Reza Abbasi öz Tvitter hesabında yazıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137487