İranlı şovinist ekspertin anti-Azərbaycan yazısı: “Bu getdiyin yol Türküstanadır!”

2022-09-01 14:49:00

İranlı şovinist ekspertin anti-Azərbaycan yazısı: “Bu getdiyin yol Türküstanadır!”

İranlı ekspertin anti-Azərbaycan yazısı: “Bu getdiyin yol Türküstanadır!”. Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan iranlı siyasi analitik Salar Seyfəddini “Shargh Daily” saytında iddia irəli sürüb:
“2020-ci il Qarabağ müharibəsinin nəticələri hələ də davam edir və İlham Əliyevin qələbəni elan etməsinə baxmayaraq, Bakı hələ də mövcud vəziyyətdən çox narazıdır. Bu narazılığa səbəb isə marşrut və dəhliz məsələsinin Moskvada 9 noyabr atəşkəs razılaşmasının şərhində fikir ayrılığına gətirib çıxarmasıdır.
Bu müharibədə Bakı Cənubi Qafqazın qərbində anklav ərazisi olan Naxçıvanla quru yolla birləşmək üçün hərbi həll yoluna əl ata bilmədi. Baxmayaraq ki, Türkiyə də bu hərbi işğalı həvəsləndirdi və bəzi türk analitikləri vurğulayırdılar ki, müharibə prosesi elə getməlidir ki, İranın Ermənistanla sərhədi bağlansın və kəsilsin, lakin müəyyən səbəblərdən bu məqsədə nail olunmadı.
“Atəşkəs razılaşmasında açıq şəkildə Bakının xeyrinə hər hansı dəhlizdən bəhs edilmir və yalnız Ermənistan nəqliyyat marşrutlarının açılması üçün zəmin hazırlamağı öhdəsinə götürüb. Digər tərəfdən, İlham Əliyev Ermənistanın cənubundakı Sünik vilayətinin (Zəngəzur) öz ölkəsinə tarixi-ərazi mənsubiyyətini dəfələrlə iddia edib ki, bu da Ermənistana qarşı açıq şəkildə yeni ərazi iddiası deməkdir və onun gerçəkləşməsi İranın Cənubi Qafqazla sərhədinin bağlanmasını və ölkəmizin kommunikasiya yollarının fəaliyyətsiz qalmasını tələb edir...”, deyə o, uydurma fikirlər ortaya atıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069315