İranlı siyasətçidən hökumətə qarşı ittiham: İran hökuməti iqtisadi ehtiyac səbəbindən Çinin müsəlmanlara qarşı cinayətlərinə susub

2022-07-26 14:17:00

İranlı siyasətçidən hökumətə qarşı ittiham: İran hökuməti iqtisadi ehtiyac səbəbindən Çinin müsəlmanlara qarşı cinayətlərinə susub

İranlı siyasətçi İran hökumətini iqtisadi ehtiyac üzündən Çinin müsəlmanlara qarşı cinayətlərinə susmaqda ittiham edib. 
İranda islahatçı siyasi fəal Əli Mütəhhəri ölkənin dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin son açıqlamalarına belə cavab verib: “Heç kim təkcə Qərbə doğru yönəlməli olduğumuzu yox, əksinə hamı Şərqə baxışdan əlavə, Qərbə doğru getməli olduğumuzu deyir”.
“İnqilabçılıq jestindən əl çəkməli, xalqın və İslam inqilabının maraqlarını və mənafeyini bundan artıq məntiqsiz şüarlara qurban vermək lazım deyil. Təəssüflər olsun ki, İslam Respublikası Çinə iqtisadi ehtiyacı və ifrat anti-Amerika siyasəti ucbatından Çinin müsəlmanlara qarşı cinayətləri qarşısında səssiz qalıb”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054634