İranlı nazirdən Azərbaycana qarşı ittiham
2023-02-13 14:39:00

İranın iqtisadiyyat naziri Ehsan Xanduzi Astara sərhəd-keçid məntəqəsində malların idxalı və ixracında problemlər yarandığını deyib.
Hurriyyet.az xəbər verir ki, iranlı nazir buna görə Azərbaycan Respublikasını günahlandırıb.
“Prosesin uzanması hər iki tərəfin rəsmi prosedurları ilə bağlıdır. Ancaq bəzi hallarda qonşu ölkə şeytanlıq edərək problem törədir. İqtisadiyyat və Xarici İşlər Nazirliyi vasitəsilə bu problemin həlli istiqamətində danışıqlar aparılıb”, - deyə, Xanduzi Azərbaycan tərəfini ittiham edib.
axar.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya