Saat:01:19
Haqqımızda

İranlı nazir yenə Azərbaycanı təhdid etdi

2023-01-31 15:47:00

İranlı nazir yenə Azərbaycanı təhdid etdi

İranın informasiya naziri İsmayıl Xətib Kirmanşah əyalətinə səfəri zamanı təhlükəsizlik şurasının iclasında Azərbaycanı təhdid edib. 

Hurriyyet.az xarici KİV-ə istinadla xəbər verir ki, Xətib qonşu ölkələrə “təhlükəsizliyini qorumaq üçün İsraildən uzaq durmağı” tövsiyə edib. Ehtimal edilir ki, o, İsraillə isti münasibətlər quran Azərbaycanı nəzərdə tutur. 

“Sionist rejim bütün iddiaları ilə daxildən çökməkdədir. Daxili çəkişmələr və fələstinlilərin müqaviməti bunun bariz nümunəsidir. Bölgə sakinlərinin bəsirətli və ağıllı hərəkətləri sayəsində sionistlərə qarşı daha uğurlu addımlar atılacaq”, - deyə Xətib bildirib. 

O, qonşu ölkələrə İsraildən uzaq durmağı tövsiyə edib: “Bu gün regionda Amerikanın mövcudluğunu artırmasının şahidi oluruq. Düşmən ölkəyə və sistemə müxtəlif vasitələrlə - beynəlxalq təzyiqlər, insan haqları, sanksiyaların artırılması, informasiya müharibəsi ilə hücumn edir, İranın güc və təhlükəsizliyinin simvolu olan SEPAH-a qarşı addımlar atır”. 

bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR