Saat:03:55
Haqqımızda

İranlı nazir Rüstəm Qasemi: Astaraçay üzərindən İranla Azərbaycan arasında körpü 6 aya istifadəyə veriləcək

2022-05-19 12:22:00

İranlı nazir Rüstəm Qasemi: Astaraçay üzərindən İranla Azərbaycan arasında körpü 6 aya istifadəyə veriləcək

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi bildirib ki, Astaraçay çayı üzərindən İran və Azərbaycan arasında körpü 6 ay ərzində istifadəyə veriləcək.
İran mətbuatı xəbər verir ki, Qasemi bunu Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib. O əlavə edib ki, iki ölkə rəsmiləri İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən müştərək körpülərin tikintisini müzakirə ediblər.
Qasemi İran yük maşınlarının Azərbaycana daxil olması üçün ödənişlərin azaldılmasına toxunaraq qeyd edib ki, iki ölkə arasında İran yük maşınlarının Azərbaycanla sərhədi keçərkən rüsumların azaldılması ilə bağlı ekspertlər səviyyəsində müzakirələr aparılıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR