İranlı məşhur aktrisa hicabını çıxardı: “Seçimim azadlıqdır” – ANBAAN VİDEO

2022-08-30 11:09:00

İranlı məşhur aktrisa hicabını çıxardı: “Seçimim azadlıqdır” – ANBAAN VİDEO

İranda məşhur kino və televiziya aktrisası Nyuşa Modəbber hicabını çıxarıb.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında video paylaşıb.

Aktrisa hicabını başından çıxararaq məcburi hicaba qarşı olduğunu, özü olmaq, azadlığı seçmək istədiyini bildirib.

O, hicabsız qadının “əxlaqsızlığa səbəb olmadığını” vurğulayıb. Bununla, aktrisa İran hakimiyyətinin radikallarına, ölkədə məcburi hicab əleyhdarlarına qarşı mübarizə apardığını deyib.

Qeyd edilib ki, radikallar hicabın olmamasını cəmiyyətdə pozğunluğun yayılması kimi qələmə verirlər.

Bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056568