İranlı jurnalist: “Biz Qafqazda müharibənin başlamasını gözləyib, sonra müdaxilə etməməliyik”
2023-09-07 12:20:12
Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan iranlı sosial media fəalı Reza Abbasi “X” hesabında təhrikedici post paylaşıb:
- Məncə, çəkindirmə hər bir döyüşdən üstündür.
- Qafqazda müharibənin başlamasını gözləyib və sonra müdaxilə etmək lazım deyil.
- Çəkindirmə - elə bu gecə Sünikdə İran ordusu və SEPAH-ın desant qüvvələrini yerləşdirmək və hər hansı bir müharibənin başlanmasının qarşısını almaq deməkdir!
- Sünikdə yenidən müharibə başlasa, şübhə etməyin ki, o, Ermənistana deyil, İrana qarşı yönəlib...”.
Ülviyyə, Hurriyyet.az