İranlı generaldan ibtidai təfəkkürlü yeni fənn təklifi: “Məktəblərdə düşmənşünaslıq fənni tədris edilsin”
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, “Məktəblərdə düşmənşünaslıq fənni tədris edilsin” deyə təklif irəli sürüb və İranda orta məktəblərdə şagirdlərə düşmənşünaslıq fənninin tədris edilməsinin vacibliyini vurğulayıb.
Bu ranqda olan dövlət rəsmisi peyk, internet və sosial şəbəkələr dövründə iki vahid düşmənşünaslıq fənni keçməklə rejimin yenidən legitimlik qazanacağını düşünür. Bu təklif komandanın yaşadığı dövrlə daban-dabana ziddiyyət təşkil edən ibtidai təfəkkürə sahib olmasından xəbər verir.
Artıq 40 ildir ki, İran məktəblərində, mediada ideoloji dərslər keçirsiniz; bəs nəticə nə oldu?! İran rejiminin yüksək səviyyəli mənsublarının intellektual və analitik səviyyəsi bu qədər cılız olarsa, ölkədə vəziyyətin belə acınacaqlı olması da təbiidir.
Ülviyyə, Hurriyyet.az