Saat:02:52
Haqqımızda

İranlı general yenə Azərbaycanla sərhədə gəldi

2023-03-28 18:00:00

İranlı general yenə Azərbaycanla sərhədə gəldi

İranın Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Kuderzi Azərbaycanla sərhədə gəlib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

İranlı general sərhəddən Azərbaycan və Ermənistana mesajlar verib. 

“Biz qonşularımıza qarşılıqlı hörmətlə yanaşırıq. Azərbaycanla Ermənistan arasındakı problemin diplomatik yolla həll ediləcəyinə ümid edirik. Bütün dünyada müharibələrin olması və qan tökülməsi məsələnin həllinə kömək etmədi. Bəzi qonşularımızın problemi diplomatik yolla həll etmək üçün bölgədə təhlükəsizliyin təmin edilməsini istəyirik və bunu tövsiyə edirik”,- deyə Əhməd Əli Kuderzi bildirib. 

Qeyd edək ki, İran Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu məqsədlə 300-dən çox hərbi texnikanın və canlı qüvvənin Poldəşt şəhərinə gətirildiyi deyilir. 

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR