Saat:14:05
Haqqımızda

İranlı general: İsrailə cavab verməyəcəyik

2024-04-19 13:31:08

İranlı general: İsrailə cavab verməyəcəyik

İsfahan əyalətinə dron həmləsindən sonra İran İsrailə cavab vermək niyyətində deyil.

Hurriyyet.az EFE-yə istinadla xəbər verir ki, bunu general-mayor Əbdülrəhim Musəvi deyib.

O əlavə edib ki, İranın hava hücumundan müdafiə sistemləri bir neçə kiçik pilotsuz uçan aparatı vurub: “Bizim sayıqlığımız sayəsində havadakı hədəflərə zərbələr endirilib".

Bundan əvvəl İsfahan və Təbriz şəhərləri yaxınlığında partlayış səsləri eşidilib, naməlum hava hədəflərinə qarşı hava hücumundan müdafiə sistemləri işə düşüb. İranda, o cümlədən Tehranın iki hava limanında normal uçuşlar bərpa edilib.

“The Washington Post” İsrail nümayəndəsinə istinadən yazıb ki, İsrail hərbçiləri cümə günü İran ərazisinə hava hücumu həyata keçirib. Bu, İranın raket və pilotsuz təyyarələrin İsrailə hücumlarına cavab olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240090