İranlı ekspertdən rəsmi Tehranın niyə Zəngəzur dəhlizinin baş tutmasını istəmədiyi haqda AÇIQLAMA

2022-08-05 14:08:00

İranlı ekspertdən rəsmi Tehranın niyə Zəngəzur dəhlizinin baş tutmasını istəmədiyi haqda AÇIQLAMA

İranın beynəlxalq məsələlər üzrə siyasi şərhçisi Ehsan Movəhhedian SƏHƏR-Azərbaycan telekanalına müsahibəsində bölgədə gedən proseslərlə bağlı bir sıra açıqlamalar verib.
Belə ki, o öz “Twitter” hesabında yazıb: “SƏHƏR" televiziya kanalında yayımlanan “Hüquq jurnalı” verilişində İranın Zəngəzur dəhlizinin yaradılmasına qarşı həssaslığının səbəblərini və bu kontekstdə Türkiyə ilə Bakının ambisiyalarını şərh etdim”. 


“Habelə qeyd etdim ki, hətta Ermənistanın özü İranla bu sərhədi saxlamaqda ciddi iradə ortaya qoymasa belə, İran onu qorumaq üçün bütün mümkün üsullardan istifadə edəcək”,-deyə Movəhhedian üstüörtülü şəkildə təhdid mesajı çatdırıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000081