İranlı ekspertdən daha bir anti-Azərbaycan paylaşımı

2022-08-23 14:11:00

İranlı ekspertdən daha bir anti-Azərbaycan paylaşımı

Daim Azərbaycan əleyhinə açıqlamaları ilə tanınan iranlı siyasi şərhçi Ehsan Movəhhedian avqutsun 22-də Tehranda moderatoru olduğu “Azərbaycan-İsrail” əlaqələrinə həsr olunmuş və tədbir iştirakçılarının kəskin anti-Azərbaycan çıxışları ilə yadda qalan toplantı ilə bağlı bu gün öz Tvitter hesabında növbəti qərəzli post paylaşıb:
“İran Bakını razı salmaq üçün Ermənistanla münasibətlərini azaltmamalıdır. Bakıya yalnız din yolu ilə daxil olmaq yanlışdır”.
Azərbaycan Respublikasını qərəzli və məkirli şəkildə “Bakı” adlandıran ekspert habelə İran-Azərbaycan əlaqələrini korlaya biləcək əsassız iddialar səsləndirib: “İsrailə məxsus 13 ədəd “Hermes-900” dronu “Bakı” ilə İran sərhədində yerləşdirilib və Bakıdan tapşırıq almır. İsrail tərəfindən Bakıda tarixi, milli və dini anti-İran kimliyinin saxtalaşdırılması baş verir”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058151