İranlı ekspertdən daha bir anti-Azərbaycan açıqlaması: “Bakını İrana qaytarmaq lazımdır” 

2022-07-27 15:30:00

İranlı ekspertdən daha bir anti-Azərbaycan açıqlaması: “Bakını İrana qaytarmaq lazımdır” 

Hər zaman anti-Azərbaycan yazıları ilə gündəmə gələn və özünü Qafqaz üzrə “siyasi şərhçi” kimi qələmə verən Salar Seyfəddini indi də daha bir anti-Azərbaycan açıqlaması yayaraq, “Bakını İrana qaytarmaq lazımdır” ifadəsi ilə "Təbrizin sehirli nağılları” kitabının bütün dünyada böyük maraqla qarşılanmasına qərəzli münasibət bildirib.
O, habelə Türkmənçay müqaviləsinin 100 il müddətə qüvvədə olduğu və indi onun müddəti başa çatdığı üçün “Bakını İrana qaytarmaq lazımdır” kimi cəfəng fikirlər səsləndirib, həmişə olduğu kimi Azərbaycan Cumhuriyyətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb.
Öz Twitter səhifəsində sözügedən kitabın geniş ictimaiyyət tərəfindən oxunması ilə bağlı foto paylaşan “ekspert” yazıb: 
“İcazə verin sizi Təbriz “uydurmalarından” biri ilə tanış edim. Təbrizdəki məşhur əfsanələrdən biri də budur ki, Türkmənçay müqaviləsi yüz il müddətinə qüvvədədir və indi onun müddəti başa çatdığı üçün “Bakını İrana qaytarmaq lazımdır”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051331